AZ

Emin Əmrullayev: Əsas məqsəd Azərbaycan millilərinin A divizionunda oynamalarıdır

ain.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əsas məqsəd Azərbaycanın U-16 və U-18 millilərinin Avropa çempionatının A divizionunda oynamalarıdır.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

O, Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdən sonra jurnalistlərə açıqlama verib:

"Bizim ümumi strategiyamız var. Buna doğru addım-addım irəliləmək istəyirik. Əsas məsələ 2030-cu illə bağlıdır. Plan ondan ibarətdir ki, U-16 və U-18 millilərinin Avropa çempionatının A divizionununda oynamalarını istəyirik. Heç olmasa, B divizionunda uğurlu nəticələr qazansınlar. Növbəti mərhələlərdə yerli basketbolçuların güclü çempionatlarda oynamasına və Azərbaycan Basketbol Liqasında daha keyfiyyətli yarışın təşkilinə diqqət yetirəcəyik".

E.Əmrullayev çempionatla bağlı planları açıqlayıb:

"Əvvəl də demişəm, bu mövsüm yox, növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 8 komandalı əsas, 6 komandaları I Liqanın təşkili planlaşdırılır. Hər komandanın bir çempionatdan digərinə keçməsi də təmin ediləcək. Qadınlardan ibarət çempionatın da formalaşacağına ümid edirik

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
missiya.az

2Mənbələr