AZ

"Roma"dan yeni rekord

“Roma” Avropa Liqasında yeni rekord müəyyənləşdirib.

"Unikal" xəbər verir ki, İtaliya təmsilçisi buna ötən gün Liqa mərhələsinin 1-ci turunda Fransa “Nitsa”sını məğlub etməklə nail olub. 

Paytaxt təmsilçisi yarış tarixindəki qələbələrinin sayını 98-ə çatdırıb. 

Beləliklə, “Roma” Avroliqanın son qalibi, hazırda Çempionlar Liqasında çıxış edən “Tottenhem”in (97 qələbə) rekordunu qırıb. 

Qeyd edək ki, “Roma” növbəti mərhələdə “Lill”i qəbul edəcək.

Seçilən
81
3
unikal.az

4Mənbələr