AZ

“Tikintini aparanların məsuliyyətsizliyidir, cəzalarını almalıdırlar” – Deputat


“Ağdamın Sarıcalı kəndindən olan sakinlərimizdən biri öz evindən görüntülər paylaşmışdı. Evin içinə boş vedrə qoymuşdu, tavandan yağışın damcıları tökülürdü. Təbii ki, Qarabağda tikilən evlərin hamısı belə deyil. Lakin görünüş bunu göstərir ki, problem var və bunu inkar etmək olmaz. Cənab Prezidentimiz tapşırıq verir ki, işğaldan azad olunmuş ərazilərdə görülən işlər ən yüksək səviyyədə olmalı, tikilən evlər keyfiyyətlə tikilib, istifadəyə verilməlidir. Bu, dövlətimizin başçısının görülən işlərdə məsul olan, cavabdehlik daşıyan müvafiq qurumlara tapşırığıdır. Dövlət bu işlər üçün kifayət qədər vəsait ayırıb. Əgər kimlərsə məsuliyyətsizlik edib, xoşagəlməz fikirlərə düşüb, keyfiyyətsiz işlər görürsə, təbii ki, cavab verməlidirlər və cəzalarını almalıdırlar. Dövlətin vəsaitini sən nə cür istifadə etmisən? Niyə bu gün belə acınacaqlı vəziyyət yaranıb?”
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, sosial şəbəkələrdə Qarabağın müəyyən yerlərindən yağış yağan zaman çəkilən görüntüləri paylaşırlar:
Seçilən
6
2
yeniavaz.com

4Mənbələr