AZ

"Qarabağ"-"Kopenhagen" oyunu öncəsi zonaların qiyməti kəskin artdı - FOTO

Tofiq Bəhramov stadionunda "Qarabağ"ın "Kopenhagen"lə oyunu üçün bəzi sektorlarda bilet qiymətlərində artım olub.

Ölkə.Az xəbər verir ki, oturma zonalarında bəzi yerlərdə qiymət 10 manatdan 20 manata qalxıb. 20 manatlıq yerlər isə dəyişərək 40 manat olub.

40 manatlıq zonaların qiymətində isə 35 manatlıq artım gözə çarpır. Həmçinin VİP yerlərin də qiyməti 100-150 manatdan artaraq 200-250 manata, VVİP 300 manatlıq yerlər üçün isə biletlər bahalaşaraq 500 manata çatıb.

“Qarabağ”ın “Kopenhagen”lə oyunundan öncə mərkəzi arenanın tribunalarına işğaldan azad edilmiş ərazilərin adları verilib.

Seçilən
15
1
olke.az

2Mənbələr