AZ

Bakıda bu yolda avtobus da “protiv” gedir – VİDEO

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində sürücülərin kütləvi şəkildə əks yola çıxaraq hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, görüntüləri jurnalist Səid Qərib paylaşıb.

Videoda qəsəbənin əsas yollarından biri sayılan Əli İsazadə prospektində qaydaların kobud şəkildə pozulması öz əksini tapıb. Belə ki, minik avtomobilləri ilə yanaşı, 160 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusun da əks yola çıxaraq hərəkət etməsi təhlükəli vəziyyət yaradıb.

Digər sürücülər prospektdə nə yol nişanlarına, nə də hərəkət qaydalarına riayət edilməsindən və qəza riskindən narahat olduqlarını bildiriblər.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
21
3
konkret.az

4Mənbələr