Bakı, 25 sentyabr, AZƏRTAC
2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbulun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) plan yerləri tam dolub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qəbul olunanların 57 faizi dövlət sifarişi, 43 faizi isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 178 nəfəri güzəşt kateqoriyası üzrə qəbul edilib (ümumi qəbulun 7 faizə qədəri). Bu isə qəbul olunan tələbələrin ümumilikdə 64 faizə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir.