Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə sentyabrın 27-dən noyabrın 8-dək həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinə start verilir.
Apasport.az xəbər verir ki, bununla əlaqədar sentyabrın 24-də təşkil olunan tədbirdə turnir barədə məlumat verilib, qaydalar elan edilib və püşkatma olub.
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirin informasiya dəstəkçiləri arasında APA, da yer alıb.
Turnirdə 12 komanda - AzTv, Baku TV Real Tv, “Cəmiyyət”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.
Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov diqqətə çatdırıb ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar finalda, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq.
Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.
İştirakçı komandaların rəsmi nümayəndələri və kapitanları İman Məcidov ("Baku Tv"), Cavidan Şükürov (AzTv), Bəkir Osmanov ("Real Tv"), İmran Qədirov (“Cəmiyyət”), Fuad İsmayılov (AZƏRTAC), Rasim Sultanzadə (APA), Ziya Səfərli (BAKU.WS), Murad Əliyev (Yurd Media), Azər Hüseynov ("Vətən"), İsrail İsmayılov ("Veteranlar"), Hidayət Xudiyev (“Dəmir Yumruq”), Saməddin Əhmədov ("Zəgər 44”) çıxışlarında turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə qaydalara uyğun keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Sonda Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar və oyunlar belə müəyyənləşib:
A Qrupu – Real TV, Baku WS, APA
B Qrupu – Baku TV, AzTV, AZƏRTAC,
C Qrupu – “Dəmir Yumruq”, “Zəfər 44”, Yurd Media,
D Qrupu - “Cəmiyyət”, “Veteranlar”, “Vətən”
İlk oyun Real TV ilə Baku WS arasında sentyabrın 27-də saat 19:00-da Bakı Tennis Akademiyasının stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq.
Oyunların cədvəli
27 sentyabr - Açılış
A qrupu 19:00 - Real TV - Baku WS
B qrupu 20:00 - AzTV - AZƏRTAC
28 sentyabr
C qrupu 22:00 - “Dəmir Yumruq” – “Zəfər 44”
D qrupu 23:00 - “Cəmiyyət” – “Veteranlar”
4 oktyabr
A qrupu 22:00 - APA - Baku WS
B qrupu 23:00 - Baku TV - AZƏRTAC
5 oktyabr
C qrupu 22:00 - Yurd Media - "Zəfər 44”
D qrupu 23:00 - "Vətən" - “Veteranlar"
11 oktyabr
A qrupu 23:00 - Real TV - APA
B qrupu 22:00 - "Vətən" - "Cəmiyyət”
12 oktyabr
C qrupu 23:00 - "Dəmir Yumruq” - Yurd Media
D qrupu 22:00 - Baku TV - AzTV
18 oktyabr
1/4
22:00 A1-B2
23:00 C1-D2
19 oktyabr
1/4
22:00 B1-A2
23:00 D1-C2
26 oktyabr
Yarımfinal
22:00 A1/B2 - C1/D2
23:00 B1/A2 - D1/C2
1 noyabr
3-cü yer
19:00
Final - Bağlanış - Mükafatlandırma
20:00
“Səbail” evində 3 xal qazandı
I Liqa: Favoritlərdən inamlı qələbələr
U-16 MDB Oyunlarına hazırlığı davam etdirir
Elvin Yunuszadə: "Böyük kluba qarşı oynayacağıq" - MÜSAHİBƏ
İslam Maxaçev "NEFTÇİ" FORMASINDA - VİDEO