Parisdəki məhkəmə keçmiş Fransa prezidenti Nikola Sarkozini 2007-ci il prezident seçkiləri kampaniyasına Liviyanın maliyyə dəstəyi ilə bağlı cinayətkar birliyi təşkil etməkdə günahkar hesab edib.
Musavat.com xəbər verir ki, Sarkozinin digər ittihamlar — passiv korrupsiya, Liviyanın dövlət fondlarının oğurlanmasını gizlətmək və qanunsuz seçki maliyyələşdirilməsi ilə bağlı ittihamlar isə geri götürülüb.
Məhkəmə hələlik Sarkozinin cəzasını müəyyən etməyib. "France Info"-nun məlumatına görə, prokurorlar ona 7 il həbs, 300 min avro cərimə və beş il ərzində seçki hüququndan məhrum etmə cəzası istəyiblər.
Musavat.com