AZ

İnvestorlar artıq səhm almaq üçün ChatGPT ilə məsləhətləşirlər

Pərakəndə investorların 13%-i ChatGPT, Gemini və digər chatbotlardan səhmlərin alınması ilə bağlı suallar verir.

“İki sahil” xəbər verir ki, bu barədə “eToro” broker şirkətinin araşdırmasına istinadla “Reuters” məlumat yayıb.

Tədqiqat zamanı müxtəlif ölkələrdən 11 min pərakəndə investor arasında sorğu keçirilib. Onların təxminən yarısı gələcəkdə səhmlərin alqı-satqısı ilə bağlı qərarlar qəbul edərkən belə vasitələrdən istifadə etmək niyyətində olduqlarını bildiriblər.

Finder tərəfindən aparılan başqa bir sorğu göstərdi ki, Böyük Britaniyada respondentlərin 40%-i şəxsi maliyyə məsləhətləri üçün chatbotlar və digər süni intellekt alətlərindən istifadə edir. Daha ixtisaslaşmış alətlər də inkişaf edir: Araşdırma və Marketinq tədqiqat firmasına görə, alqoritmik sistemlərdən və robot köməkçilərdən istifadə etməklə maliyyə məsləhətləri bazarı 2029-cu ilə qədər 600% artaraq 470 milyard dollardan çox gəlirə çatacaq.

Səhmləri seçmək üçün ChatGPT-dən istifadə edən keçmiş UBS analitiki Jeremy Leung da təcrübəsiz investorları bu cür alətlərə çox inanmamağa çağırıb.  "Əgər insanlar süni intellektə investisiya qoymağa və bu yolla pul qazanmağa öyrəşsələr, böhran və ya tənəzzüldən çıxa bilməyəcəklər" - deyə o, qeyd edib.

Seçilən
11
ikisahil.az

1Mənbələr