AZ

Keçmiş Fransa prezidentinin Qəddafi ilə əlaqələri üzə çıxdı

Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı işdə sui-qəsddə təqsirli bilib.

"Unikal" xəbər verir ki, bu barədə "France 24" yazıb. 

Sarkozi Liviya lideri Müəmmər Qəddafidən qeyri-qanuni kampaniya vəsaiti almaq üçün sui-qəsddə təqsirli bilinib.

Prokurorlar iddia edirlər ki, Sarkozi 2005-ci ildə beynəlxalq dəstək müqabilində seçki kampaniyasının maliyyələşdirilməsini təmin etmək üçün Qəddafi ilə müqavilə bağlayıb.

Sarkozi əvvəllər korrupsiyada, kampaniyanın qanunsuz maliyyələşdirilməsində və Liviya dövlətinin vəsaitlərini gizlətməkdə ittiham olunurdu. 

Siyasətçi heç bir sübut olmadan ittiham olunduğunu iddia edib.

Ağarza Elçinoğlu 

Seçilən
14
49
unikal.az

10Mənbələr