AZ

"Qarabağ" - "Kopenhagen" oyunundan əvvəl bəzi tribunalarda DƏYİŞİKLİK OLACAQ

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" (Danimarka) oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara VVIP sektorlara işğaldan azad olunmuş ərazilərin adları veriib.

Qarşılaşmanın biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr