AZ

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yerüstü stansiya metronun Yaşıl xəttinə aid olacaq: “Stansiya xüsusi qrafiklə işləyəcək və şərti olaraq “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”, - B.Məmmədov əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Bakmil” və “Xocəsən” yerüstü stansiyaları inşa olunmuşdu.

Seçilən
31
14
operativmedia.az

10Mənbələr