AZ

Bakı metrosunda hər səhər saat 8-9 arası qatarlar niyə geri qaytarılır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Metropoliteni yeni tədris mövsümündə qatarlar arasındakı interval məsələsinə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, günün pik saatlarında iş günlərində olmaq şərti ilə hərəkət qrafiki "28 May" stansiyasından "Əhmədli" stansiyasına qədər 1 dəqiqə 45 saniyə elan olunub:
"Amma Bakı Metropoliteninin bugünkü əsas problemi "yaşıl" və "qırmızı xət"lərin "28 May" stansiyasında kəsişərək birləşməsidir. Bu səbəbdən artıq "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində qatarların hərəkəti pik saatlarda 7 dəqiqəyə qədər artır, yəni 3 dəqiqə 30 saniyə olur. Amma Bakı Metropolitenində bundan əlavə də tənzimləmələr mövcuddur.‌
Məsələn, bir istiqaməti götürsək, "Memar Əcəmi" istiqamətindən səhər saatlarında metronun iki xüsusilə sıx stansiyası var - "20 Yanvar" və "Koroğlu". "20 Yanvar", eyni zamanda, son dövrlərdə sərnişin sayı çox olan "Memar Əcəmi" və "İnşaatçılar" stansiyalarında sərnişin axınını tənzimləmək məqsədilə səhər saatlarından "Memar Əcəmi" stansiyasından iki qatar saat 8-9 arası olmaqla geri qaytarılır.
Bu zaman "Memar Əcəmi" stansiyasından "Dərnəgül" istiqamətinə qeyd etdiyim interval iki dəfə artıq olur. Həmin sahədə metronun texniki imkanlarına görə artıq qatar buraxmaq olmur. Amma bununla belə, həmin istiqamətdə də sərnişin axınının xüsusi monitorinqləri aparılır. Sıxlığın yaranması, tələbatın hər biri xüsusi diqqət mərkəzində saxlanılır. Səhər saatlarında "Neftçilər" istiqamətindən "Koroğlu" metronun ən sıx stansiyası olduğu üçün saat 8-9 arası sərnişin axınını tənzimləmək üçün mütləq bir qatar "Koroğlu" stansiyasına verilir. Yəni qatar "Neftçilər" stansiyasından "Koroğlu" stansiyasına sərnişinsiz gəlir və daha sonra sərnişinlə davam edir".
Samir Əli
Seçilən
0
1
oxu.az

2Mənbələr