Zelenski və Şara ABŞ-də görüşdü
Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda Suriya prezidenti Əhməd Şara ilə görüşdüyünü açıqlayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün Nyu Yorka səfər edən Zelenski Telegram hesabında Suriya prezidenti Şara ilə görüşdüyünü açıqlayıb.
Zelenski bildirib ki, onlar Ukrayna və Suriyaya qarşı təhlükəsizlik təhdidləri, bu təhdidlərə qarşı mübarizə və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. O, "Biz qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr qurmağa razılaşdıq” dedi.
Zelenski həmçinin görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair birgə bəyannamənin imzalandığını açıqlayaraq, "Biz bu mühüm addımdan məmnunuq və sabitliyə gedən yolda Suriya xalqını dəstəkləməyə hazırıq” deyib.
Gülay