AZ

Qurumlar minatəmizləmə əməliyyatlarına nə qədər resurs sərf edib?

Bakı. Trend:

Minatəmizləmə üçün səfərbər edilən əməliyyat resurslarının sayıaçıqlanıb.

Trend-inxəbərinə görə, bu barədə məlumat “Minalar Əleyhinə AzərbaycanKampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dairhesabatında öz əksini tapıb.

Bildirilib ki, əməliyyat heyəti Minatəmizləmə Agentliyində 1857, Müdafiə Nazirliyində 197, Fövqəladə Hallar Nazirliyində 48,Dövlət Sərhəd Xidmətində 45, yerli kommersiya şirkətlərində 333,Beynəlxalq Avrasiya Mətbuat Fondunda 118 nəfərdən ibarət olub.

Fəaliyyət zamanı ANAMA-nın 135, MN-in 9, FHN-in 6, yerlikommersiya şirkətlərinin 46 minaxtaran iti işlərə cəlb edilib.

ANAMA-nın strukturunda olan 56, MN-də 19, FHN-də 4, yerlikommersiya şirkətlərində 10 mexaniki maşından istifadə edilib.

Qeyd olunub ki, məlumatlar 2025-ci il iyulun 31-dək olan dövrüəhatə edir.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr