AZ

Ukrayna Suriya ilə diplomatik əlaqələri bərpa edib

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna və Suriya diplomatik münasibətlərin bərpasına dair Birgə Kommunike imzalayıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna prezidenti Vladimir Zelenskinin Telegram-dakı paylaşımına istinadən məlumat yayıb.

Mesajda Zelenski qeyd edib ki, Ukrayna “sabitliyə gedən yolda Suriya xalqını dəstəkləmək” məqsədi daşıyır.

"Danışıqlarımız zamanı Suriya Prezidenti Əhməd əl-Şaraa və mən həmçinin əməkdaşlığın inkişafı üçün perspektivli sahələri, hər iki ölkənin təhlükəsizliyinə təhdidləri və onlara qarşı mübarizənin vacibliyini ətraflı müzakirə etdik. Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmağa razılaşdıq", - Zelenski vurğulayıb.

İlin əvvəlində Ukraynanın prezident Bəşər Əsəd rejiminin devrildiyi Suriya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşdığı bildirilirdi.

Xatırladaq ki, Kiyev 2022-ci ildə Dəməşqin qondarma “LPR” və “DXR”i tanımaq qərarından sonra diplomatik əlaqələri kəsmişdi.

Almaz Həsənli

Seçilən
19
oxumeni.az

1Mənbələr