AZ

“Neftçi” Abubakara təklif göndərdi 

Kamerunlu hücumçu Vensan Abubakarın karyerasını Azərbaycanda davam etdirmək ehtimalı var.

İdmanxeber.az “Actu Cameroun”a istinadən xəbər verir ki, “Neftçi” 33 yaşlı forvarda rəsmi təklif göndərib.

Hazırda klubsuz olan Abubakarın bu variantı dəyərləndirdiyi bildirilir. Təcrübəli futbolçu son olaraq Türkiyənin “Hatayspor” klubunda çıxış edib və ötən mövsüm Superliqada 25 oyunda 7 qol, 2 assistlə yadda qalıb.

Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın da Abubakarı heyətinə qatmaq istədiyi iddia olunmuşdu.

 

Seçilən
17
1
idmanxeber.az

2Mənbələr