AZ

Ukraynadan sonra yeni müharibələr ola bilər - ABŞ analitiki

Amerikalı geosiyasi analitik Alan Uotson xəbərdarlıq edib ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra digər regionlarda da silahlı toqquşmalar baş verə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə o, sentyabrın 24-də "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ukraynadan kənarda Arktikada, Baltik və Qara dənizlərdə, Cənubi Qafqazda (Azərbaycan, Ermənistan, Gürcüstan), Moldovada (buraya NATO qoşunları yerləşdirilir) və yaxınlıqdakı Rumıniyada, harada ki, NATO böyük baza (hərbi) inşa edir, gərginlik artır", - deyə o, paylaşımda qeyd edib.

Xatırladaq ki, sentyabrın 23-də Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XRX) mətbuat bürosu məlumat yayaraq Avropa İttifaqının Moldovanı "işğal etmək" niyyətində olduğunu bildirib. Hazırda Ukraynanın Odessa vilayətinə NATO desantının yerləşdirilməsi planlaşdırılır, eyni zamanda Moldovanın sərhədlərinə yaxın Rumıniyada alyans ölkələrinin silahlı qüvvələrinin bölmələri cəmləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr