AZ

Misir Qəzza sakinlərinin köçürülməsi təklifini rədd etdi

Misir son günlərdə Avropa və Qərb ölkələrindən gələn Qəzza sakinlərinin köçürülməsi müqabilində iqtisadi yardım, qrantlar və investisiya təklifini rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə Qətərin Al-Araby Al-Jadeed qəzeti məlumat yayıb.

Təklifdə Avropa ölkələrinin və Körfəz ölkələrinin iqtisadi dəstəyi, ABŞ-ın isə bu maliyyəni təmin etmək öhdəliyi nəzərdə tutulmuşdu.

Misir rəsmilərinin mövqeyi qəti şəkildə “yox” olaraq qiymətləndirilib və vurğulanıb ki, Misir Qəzza sakinlərinin öz torpaqlarından köçürülməsinə və Fələstin məsələsinin ləğvinə razı deyil.

Habelə,Misir iki ölkə – bir Afrika və bir Asiya ölkəsi ilə danışıqlar apararaq, onları İsrailin “alternativ vətən” təklifini rədd etməyə çağırıb.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr