AZ

Məşhur reperə yeni iddia: Dizayneri məhkəməyə müraciət edib

Ajans.az NBC Newsun-a  istinadən xəbər verir ki, Nash Los-Ancelesdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində Combs-a qarşı ümumilikdə 11 bənd üzrə ittiham irəli sürüb. Bunlara cinsi təcavüz, döymə, təhdid, qorxutma və psixoloji travma daxildir. İddiaçı bildirib ki, Sean Combs ona təxminən on il ərzində müxtəlif formalarda zorakılıq göstərib. Nash-ın sözlərinə görə, o, dəfələrlə zorlanıb, döyülüb və ölümlə hədələnib. Deonte Nash 2018-ci ildə Combs üçün işləməyi dayandırdığını, lakin buna baxmayaraq, təhdidlərin davam etdiyini və onun şəxsi təhlükəsizliyi üçün ciddi narahatlıq yaratdığını qeyd edib. O bildirib ki, bu səbəbdən normal həyatını davam etdirməkdə çətinlik çəkir. Sean Combs-un hüquq komandası hələlik iddialarla bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, bu, Combs-a qarşı son aylar ərzində irəli sürülən bir neçə iddiadan biridir. Məşhur reper daha əvvəl də seksual istismar, insan alveri və psixoloji zorakılıq kimi ciddi ittihamlarla üzləşmişdi. ABŞ hüquq-mühafizə orqanları onun barəsində federal araşdırmalar da aparır. Mövzu ilə bağlı yeni məlumatlar olduqca xəbər yenilənəcək.

 

Seçilən
38
Ajans.az

1Mənbələr