AZ

Partlayıcı sursatlardan zərərçəkən minaxtaranların sayı açıqlanıb

10.11.2020 - 31.07.2025 tarixlərində 27 nəfər minaaxtaran partlayıcı sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.

Olaylar.az-ın xəbərinə görə, bu barədə məlumat "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin kasetli sursat probleminə dair hesabatında öz əksini tapıb.

Bildirilib ki, baş verən bədbəxt hadisələr nəticəsində 1 nəfər həlak olub, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Eyni zamanda ötən dövr ərzində minatəmizləməyə cəlb olunan yerli kommersiya qurumlarının 2 minaaxtaranı yaralanıb.

Ümumilikdə 10 noyabr 2020-ci ildən sonrakı dövr ərzində 29 minaaxtaran partlayıcı sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
2
olaylar.az

3Mənbələr