AZ

Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edilir - Saziş imzalandı

Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edilir - Saziş imzalandıAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının xarici işlər naziri Abdullah Xalillə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımda deyilir.

Bildirilib ki, görüşdə yüksək səviyyəli təmasların, siyasi məsləhətləşmələrin və bir çox sahələrdə, o cümlədən, turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.

Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının vətəndaşların səyahət imkanlarını xeyli genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini vurğulayıblar.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i imzalayıblar.

Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edilir - Saziş imzalandıAzərbaycan və Maldiv arasında viza rejimi ləğv edilir - Saziş imzalandıAzərbaycan və Maldiv arasında viza rejimi ləğv edilir - Saziş imzalandı

Seçilən
32
24
sonxeber.az

10Mənbələr