AZ

Ursula fon der Lyayen gizli yazışmalarda ittiham olunur: Makronla razılaşma araşdırılır

Avropa Parlamenti deputatı Kinga Qal bildirib ki, Avropa Ombudsmanı Ursula fon der Lyayen ilə Fransız Prezidenti Emmanuel Makron arasında MERCOSUR (Cənubi Amerika ölkələrinin ümumi bazarı) ilə bağlı razılaşma mövzusunda aparılan gizli yazışmaları araşdırmağa başlayıb.

Musavat.com xəbər verir ki, Kinqa Qal Avropa Komissiyasının şəffaflığının yetərsizliyindən narahatlığını ifadə edib və vurğulayıb ki, gizli danışıqlar və mesajların yoxa çıxması Avropa institutlarının işləmə prinsiplərinə ziddir.

Deputat həmçinin Avropa qurumlarının fəaliyyətində tam açıq və şəffaf yanaşmanın təmin olunmasını tələb edib.

Musavat.com

Seçilən
14
1
musavat.com

2Mənbələr