Türkiyə E-7T AWACS tipli DRLOİU təyyarəsini Litvaya göndərib.
Musavat.com xəbər verir ki, bu addım NATO hava məkanında Rusiyanın PUA-ları və aviasiyasının artan pozuntularına cavab olaraq atılıb.
Məlumatı Türkiyə rəsmiləri təsdiqləyib.
E-7T AWACS təyyarəsi 360° dairəvi radar ilə təchiz olunub və uzaq məsafələrdə hədəfləri aşkarlaya bilir. Təyyarə NATO-ya regionda 24 saatlıq radiolokasiya nəzarəti və hava hücumundan müdafiənin idarəsini təmin edəcək.
Bu addım Baltik regionunda NATO-nun hava təhlükəsizliyini gücləndirmək və hərbi balansı qorumaq məqsədi daşıyır.
Musavat.com