BAKI, 25 sentyabr. TELEQRAF
Bənövşəyi xəttin tikintisi davam edən “B-04” stansiyasının Cəlil Məmmədquluzadə küçəsinə olan 4 çıxışından 2-si tam inşa edilib, digər 2 çıxışda isə bərpa-tikinti işləri davam etdirilir.
Teleqraf xəbər verir ki, bunu Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
O əlavə edib ki, layihə çərçivəsində stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Ekskalatorlardan 12 ədədi artıq inşa edilib.