AZ

Şri-Lankada kanat yolunda vaqon düşdü: Buddist rahiblər həlak oldular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şri-Lankanın mərkəzində yerləşən Na Uyana Aranya Senasanaya monastırının ərazisinə kanat yolunda vaqonun düşməsi nəticəsində yeddi buddist rahib ölüb, altı nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, faciə sentyabrın 24-də axşam saatlarında baş verib.
"(Şri-Lankadakı monastırda) qalxma zamanı kanat qırılıb və nəticədə rahibləri və zəvvarları daşıyan vaqon yüksəklikdən dərəyə düşüb", - hüquq-mühafizə orqanlarının əməkdaşları qəzetə bildiriblər.
Polis qəzanı dağlıq ərazidə yerləşən monastır binaları arasında insanların və yüklərin daşınması üçün istifadə olunan qaldırıcıda yaranan texniki nasazlıqla əlaqələndirib. Ölənlər arasında üç əcnəbinin olduğu bildirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Seçilən
29
3
oxu.az

4Mənbələr