AZ

Ukrayna Rusiyanın təyyarəsini vurdu - Zaporojyeni bombalayırdı

Sentyabrın 25-i səhər saatlarında Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətində Rusiyaya məxsus “Su-34” təyyarəsini vurub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna qüvvələri səhər saat 4:00 radələrində (Bakı vaxtı ilə 5:00) rus qırıcı-bombardmançı təyyarəsini vurub. Həmin döyüş təyyarəsi idarə olunan bombalarla Zaporojye şəhərinə zərbələr endirib.

Qeyd edək ki, “Su-34” qırıcıları Rusiya hərbi aviasiyasında xidmət edən ən müasir təyyarələrdən biridir. Onlar rusların Ukraynanın cəbhə bölgələrinə hücum etmək üçün istifadə etdiyi idarə olunan bombalar və X-59 idarə olunan hava-hava raketləri daşıyırlar. Təyyarənin iki pilotdan ibarət ekipajı var. Vurulan təyyarənin ekipajı barədə hələlik məlumat verilmir.

“AzPolitika.info”

Seçilən
10
hurriyyet.az

1Mənbələr