AZ

İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb

İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
 
TƏBİB-dən Moderator.az-a bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
 
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
 
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
 
Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib.
 
Seçilən
29
21
moderator.az

10Mənbələr