AZ

Rusiyaya qarşı 19-cu sanksiya paketi sabah müzakirəyə çıxarılır


Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri sabahdan Rusiyaya qarşı 19-cu sanksiya paketinin müzakirəsinə başlayacaqlar. "EUObserver" portalının yazdığına görə, müzakirələr sentyabrın 26-da Brüsseldə aparılacaq.
Avropa Komissiyası (AK) 19-cu paket çərçivəsində Rusiya, Hindistan və Çin müəssisələri üçün ixraca nəzarətin sərtləşdirilməsini, həmçinin bir sıra kimyəvi maddə, filiz, metal və duz ixracına qadağa qoyulmasını təklif edəcək.
Bundan başqa, AK Çin də daxil olmaqla üçüncü ölkələrin şirkətlərinə qarşı guya Rusiyanın hərbi-sənaye kompleksinə kömək etdikləri üçün sanksiyalar tətbiq etməyi və xaricdə Rusiyanın "Mir" ödəniş sisteminə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırır.

Mətləb

Seçilən
31
3
baki-xeber.com

4Mənbələr