AZ

Klub rəhbərliyi ortalığa çıxdı, gedişatı dəyişmək üçün hərəkətə keçdi

«Kəpəz» rəhbərliyi bu gün komanda ilə görüş keçirəcək.

İdman direktoru Fərman Əlizadə və digər rəsmilər bu məqsədlə Bakıdan Gəncəyə yola düşüb.

Məqsəd Premyer Liqanın ilk dörd turuna aid müzakirə aparmaq, futbolçuları növbəti tura hazırlamaqdır.

«Sarı-göylər» beşinci turda «Turan Tovuz»la qərb derbisinə çıxacaq və bu matçın əhəmiyyəti hər mənada böyükdür.

Kollektiv üzvlərinə böyük miqdarda mükafat vəd olunması gözlənilir. Əsas odur ki, məğlubiyyət seriyası davam etməsin, uğursuzluq seriyası başa çatsın.

«Kəpəz” bir neçə gün öncə Adil Şükürovla yollarını ayırıb.

Qərb bölgəsinin təmsilçisi onun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 5 oyunun hamısında uduzub və hazırda turnir cədvəlində 12 komanda arasında sonuncu yeri tutur.

SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr