AZ

“Hər iki ölkənin liderləri Qazaxıstana gələrsə görüş keçirməyə hazırıq” - Tokayev

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukrayna ilə Rusiya arasında potensial sülh danışıqları ilə bağlı açıqlama verib. “Tengrinews”a danışan prezident Tokayev bildirib ki, hər iki ölkənin dialoq aparmaq imkanı var.

Hafta.az-ın yazdığına görə, Ukraynada vəziyyətin sadə olmadığını vurğulayan Tokayev deyib ki, “Mən həmişə inanmışam və ictimaiyyətə demişəm ki, bu, son dərəcə mürəkkəbdir və sadələşdirilə bilməz”. Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışını xatırladan Tokayev qeyd edib ki, ərazi məsələsi hazırda ən vacib və çətin əngəldir, lakin danışıqlar masası arxasında praktiki həll hələlik üfüqdə deyil. Bunun səbəbi ərazi, tarix, milliyyət və dil kimi məsələlərlə bağlı müzakirələrin davam etməkdədir.

Tokayev Qazaxıstanı vasitəçi kimi görmədiyini, lakin iki ölkə liderlərinin Qazaxıstana səfər etmək istəyəcəyi təqdirdə görüş keçirməyə hazır olduğunu bildirib. Deyib ki, Rusiya və Ukrayna liderləri Qazaxıstana səfər etmək istəsələr, danışıqların uğurla nəticələnməsi üçün biz bütün lazımi xidmətlər göstəriləcək.

“Bunu əminliklə deyə bilərəm: Biz Ukrayna ilə Rusiya arasında ən yüksək səviyyədə birbaşa danışıqların başlanmasının tərəfdarıyıq, lakin qarşılıqlı anlaşmaya nail olmaq üçün ilkin işlərə ehtiyac var. Qazaxıstan vasitəçi olmasa da, lazım gələrsə, bütün səviyyələrdə danışıqlar və görüşlər üçün öz xoş məramını təklif etməyə hazırdır”, - Tokayev deyib.

Ukrayna prezidenti Vladimir Zelenski və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyası ərəfəsində Nyu-Yorkda görüşüblər. Zelenski Ukraynadakı vəziyyətlə bağlı son məlumat verib və Tokayevə qazax şirkətlərinin işinə və Qazaxıstanın yenidənqurmaya verdiyi dəstəyə görə təşəkkür edib.

Seçilən
11
hafta.az

1Mənbələr