AZ

Raul Qonzales Bundesliqa klubunun baş məşqçisi ola bilər

BAKI, 25 sentyabr. TELEQRAF

Almaniyanın "Borussiya Mönhenqladbax" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Teleqraf "Bild"ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Xerardo Seaoneni istefaya göndərdikdən sonra İspaniya millisinin əfsanəvi futbolçusu Raul Qonzaleslə danışıqlar aparıb.

"Real Madrid" klubunun sabiq hücumçusu "Borussiya Mönhenqladbax"ın sükanı arxasına keçməyə müsbət yanaşır.

Qeyd edək ki, 48 yaşlı Raul Qonzales hazırda işsizdir. O, 2019-2025-ci illərdə "Real Madrid"in gənclərdən ibarət komandasının baş məşqçisi olub.

Seçilən
7
teleqraf.com

1Mənbələr