AZ

Böyük Britaniyanın Svindon şəhərində güclü partlayış olub - VİDEO

Böyük Britaniyanın Svindon şəhərində sənaye zonasındakı anbarda güclü partlayış baş verib.

APA Sky News-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Məlumata görə, polis əməkdaşları ətraf ərazilərdə evakuasiya işləri aparır. Bununla belə, digər sakinlərin köçürülməsinə ehtiyac olmadığı bildirilib. Yaxınlıqda yaşayan insanlara evlərində qalmaq, pəncərələri bağlamaq və sənaye kompleksinə yaxınlaşmamaq tövsiyə olunub.

Hazırda hadisə yerində azı 10 yanğınsöndürən maşın və xüsusi texnika işləyir.

Seçilən
21
3
apa.az

4Mənbələr