AZ

“Ukrayna müdafiə üçün lazım olan hər şeyi alacaq”

Missiya.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Avropa İttifaqı (Aİ) Ukraynanı hərbi və iqtisadi resurslarla dəstəkləməyə davam edəcək. Avropa artıq ölkənin müdafiə və iqtisadiyyatına 175 milyard sərmayə qoyub”.

Missiya.Az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen “CNN” telekanalına müsahibəsi zamanı deyib.

"Biz qətiyyətlə Ukraynanın tərəfində olacağıq. Bu həm də ölkənin müdafiəsi üçün lazım olan hərbi imkanları təmin etmək deməkdir", -  deyə siyasətçi vurğulayıb.

Leyen qeyd edib ki, Ukrayna təkcə müstəqillik və suverenlik uğrunda deyil, həm də beynəlxalq nizama riayət etmək üçün mübarizə aparır.

Onun sözlərinə görə, bu müharibə beynəlxalq xartiyaya, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlıdır.

"Dəlillər inandırıcı şəkildə göstərir ki, Rusiya Prezidenti Vladimir Putin təcavüzkardır. O, sülh istəmir və buna görə də beynəlxalq qaydalara hörmət edilməlidir", - Leyen əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
missiya.az

2Mənbələr