AZ

Dəhşətli qəza- ÖLƏN VAR

Ajans.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Heybət Talıb oğlu Əliyev idarə etdiyi "Volksvagen" markalı avtomobili ilə Saray qəsəbəsi ərazisində, Novxanı-Sumqayıt yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
57
2
Ajans.az

10Mənbələr