AZ

Ukrayna ilə Suriya arasında diplomatik münasibətlər bərpa olundu

Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda Suriya prezidenti Əhməd əs-Şaraa ilə görüşüb.

Musavat.com Unian-a istinadən xəbər verir ki, tərəflər ölkələr arasında diplomatik münasibətlərin bərpasına dair birgə kommünike imzalayıblar.

Zelenski görüş barədə öz Telegram kanalında məlumat paylaşıb: "Bu gün Ukrayna və Suriya diplomatik münasibətlərin bərpasına dair birgə kommünike imzaladılar. Biz bu mühüm addımdan məmnunuq və Suriya xalqını sabitliyə aparan yolda dəstəkləməyə hazırıq".

Dövlət başçısı suriyalı həmkarı ilə danışıqlar zamanı əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlərin müzakirə olunduğunu qeyd edib. Onlar həmçinin Ukrayna və Suriya üçün təhlükəsizlik təhdidləri və onlara qarşı mübarizənin vacibliyinə toxunublar: "Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmağa razılaşdıq".

Qeyd edək ki, Ukrayna ilə Suriya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, 2022-ci ildə Bəşər Əsəd Ukrayna torpaqlarının Rusiya tərəfindən işğalını tanıdıqdan sonra dayandırılmışdı.

Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr