AZ

Beyləqanda şəhid Munis Abbaslı küçəsində asfaltlanma işləri yekunlaşdı Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının ardıcıl icrası Beyləqanda da öz real nəticələrini göstərir. Rayon infrastrukturunun müasirləşdirilməsi, nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin olunması və əhalinin gündəlik rahatlığının artırılması məqsədilə həyata keçirilən bu layihələr yüksək keyfiyyətlə icra edilərək rayonun ümumi abadlıq simasını daha da zənginləşdirir.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq həyata keçirilən abadlıq-quruculuq tədbirləri çərçivəsində növbəti olaraq şəhid Munis Abbaslının adını daşıyan küçədə asfaltlanma işləri uğurla başa çatdırılıb.

Aparılan işlər nəticəsində küçədə nəqliyyatın hərəkəti asanlaşıb, sakinlərin gediş-gəlişi üçün daha rahat və müasir şərait yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
qafqazinfo.az

2Mənbələr