AZ

Ləzə kəndində son vəziyyət: 3 evdən sakinlər çıxarıldı VİDEO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Qusarın Ləzə kəndində vəziyyət daha da pisləşib. Belə ki, gecə saat 12-dən səhər saat 5-dək yenidən güclü palçıq qatı gəlib.Bunu Bizim.Media-ya Qusar FHK-nın sədri, icra başçısının 1-ci müavini Şahid Fərəməzov deyib.O bildirib ki, 3 ev artıq gecə ikən boşaldılıb, sakinlər evlərindən çıxarılıb, hələlik qonşuların evində yerləşdirilib.Qusar FHK-nın sədri gecə Ləzəçayda 4 texnikanın işlədiyini deyərək təmizləmə və çayın məcrasının dəyişdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Onun sözlərinə görə, vəziyyət ciddi nəzarətə götürülüb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
bizim.media

2Mənbələr