AZ

Tramp Rusiya ərazisinə zərbələrə yaşıl işıq yandırdı? - Gizlilər aşkara çıxdı 

ABŞ prezidenti Donald Tramp Amerika silahlarından istifadə etməklə Ukraynadan Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələri məhdudlaşdırmağa davam edir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Wall Street Journal/ WSJ məlumat yayıb. Bildirilib ki, Tramp Ukrayna münaqişəsi ilə bağlı kursunu deyil, yalnız ritorikasını dəyişib.

Volodimir Zelenski ilə sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutan görüşünə hazırlıq zamanı Tramp Ukraynadakı münaqişə ilə bağlı “uzun müddətdir ki, daha sərt mövqe nümayiş etdirməyə çalışan ABŞ rəsmiləri ilə geniş vaxt keçirib”. Bunlara ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uoltz və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxildir.  Dominos pizza

Mənbələrin sözlərinə görə, Tramp ABŞ-dan kəşfiyyat dəstəyi tələb edən Ukraynanın planlaşdırılan hücumu barədə də məlumatlandırılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr