Kremlin sözçüsü Dmitri Peskov RBC radiosuna verdiyi müsahibədə Amerika prezidenti Donald Trampın “Ukrayna ərazilərini geri qaytara bilər” fikrinə və Rusiyanı “Kağız pələng”ə bənzətməsinə münasibət bildirib.
Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə O, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumu nəticəsində yaranmış silahlı münaqişəni davam etdirməkdən başqa çarəsinin olmadığını qeyd edib:
"Ukraynanın nəyisə qaytara biləcəyi fikri yanlış tezisdir. Biz öz maraqlarımızı təmin etmək və ölkə prezidentinin əvvəldən qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün xüsusi hərbi əməliyyatımızı davam etdiririk. Və biz bunu ölkəmizin bu günü, gələcəyi, gələcək bir çox nəsillər üçün edirik. Ona görə də bizim başqa alternativimiz yoxdur.
D.Peskov ABŞ-Rusiya münasibətlərinə də toxunub:
“Vaşinqton və Moskva arasında Donald Trampın təşəbbüsü ilə başlayan yaxınlaşma “sıfıra yaxın nəticə” verir”.
Krem sözçüsü D.Trampın “Truth” sosial şəbəkəsində Rusiyanı "kağız pələng"ə bənzətməsinə də diqqət çəkib:“Rusiya pələng deyil. Rusiya daha çox ayı ilə əlaqələndirilir. Kağız ayılar isə yoxdur".
O, həmçinin Rusiyanın iqtisadiyyatının sabit olduğunu bildirib:
"Rusiya iqtisadi sabitliyini qoruyur".
Aydın Baxış