AZ

Rusiya taqətdən düşür

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın bütün qırmızı cizgiləri artıq keçilib. Rusiya ərazilərinin Ukrayna tərəfindən vurulması adi hal alıb. Rusiya bunu Ukrayna ilə müharibənin tərkib hissəsi kimi qəbul etməklə sanki buna öyrənib. Kurskun işğalı ilə başlayan, sonra Rusiya ərazilərinin Ukrayna ilə sərhəd zonalarının, daha sonra isə dərin zonalarının dronlarla və raketlərlə vurulması prosesi paytaxt Moskvanın belə həyatını iflic etməyə kimi irəli gedib.

Bunu "Xalq Cəbhəsi"nə ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, hər iki tərəf daha çox bir-birinə zərər yetirmək yarışına girib, xüsusən də, Ukraynanın Rusiyanın bütün ərazilərindəki NEZ-nı( neft emalı zavodları) vurması fonunda.

Rusiyanın isə Ukrayna ərazisindəki SVO-su dalana dirənib: "Heç bir ciddi irəliləyiş yoxdur. Rusiya ciddi şəkildə bütün sahələrdə geriləməyə davam edir. Rusiya taqətdən düşür. Ukraynanın mövqeləri isə güclənir, irəliləyişlər artıq görünür. Rusiya müttəfiq hesab etdiyi ölkələrdən asılı duruma düşür. Bu da eyni zamanda Rusiyanın gələcəyini təhlükə altında qoyur.

Rusiya geri çəkilə bilmir. İrəli də gedə bilmir. Çıxış yolu isə yoxdur. Rusiya ambisiyalarının əsirinə çevrilib. Rusiyanı hələlik parçalanma gözləmir. Ancaq Rusiyanı çətin günlər gözləyir. Məsələ ondadır ki, Rusiyanın parçalanması daxildən ola bilər. Bunun üçün isə hələlik zəmin azdır. Müharibə bu tonda Rusiyanın "istədiyi kimi" davam edərsə, iqtisadiyyatın getdikcə çökməsi qaçılmazdır.

Müttəfiqlərindən məsələn, Çin və Hindistandan nəzəri olaraq yardımın alınması da əslində dəstək hesab olunsa da, bu da əvəzsiz deyil, hələlik belə bir yardımın edilməsi də gündəmdə görünmür, sadəcə Rusiyanın neftini ucuz qiymətə almaqdan başqa, amma edilsə belə bu yardımların geri qaytarılması Rusiyaya nəyə başa gələcəyi maraq doğurur. Bunun xammal, torpaq, strateji məhsullar hesabına olacağı kəsindir. Hesab edirəm ki, Rusiya üçün həlledici dövr başlayır. Bu dövr isə Ukraynanın lehinə işləyir. Artıq elə bir məqam gəlib ki, müharibənin taleyini Ukrayna müəyyən edəcək öz addımları ilə".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
icma.az

1Mənbələr