AZ

Jurnalist “Avant Group”un gecə işlərindən yazdı, DİN reaksiya verdi - VİDEO

Jurnalist “Avant Group”un gecə işlərindən yazdı, DİN reaksiya verdi - VİDEO

Gecə saatları olmasına baxmayaraq, “Avant Group” MTK Bakıda qazıntı işləri aparaq sakinlərin rahatlığını pozur.

AFN.az xəbər verir ki, bu barədə teleaparıcı Nigar Sabirqızı dünən gecə saatlarında feysbuk hesabında paylaşım ebib. O, hadisə yerindən görüntülər paylaşaraq, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirib.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində fakt təsdiqini tapmışdı.

***

DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, ərazidə qazıntı işlərinin dayandırılması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Bir müddət əvvəl ərazidə ağacların kəsilməsinə görə başlanan cinayət işi üzrə isə istintaq hərəkətləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
15
10
afn.az

10Mənbələr