AZ

Vinus Uliyams: "Elə bilirdilər ki, bacımla bir-birimizə nifrət edirik"

Yeddiqat "Böyük Dəbilqə" çempionu və dünyanın keçmiş bir nömrəli raketkası amerikalı Vinus Uilyams bacısı Serena ilə münasibətlərindən danışıb.

İdman.biz bildirir ki, o, bir çox fanatların və jurnalistlərin onunla bacısı arasında münasibətlərin gərgin olduğunu düşünərək səhv etdiyini qeyd edib.

"Yanlış bir fikir var idi. Guya bir-birimizə gizli nifrət edirik. Bu tamamilə doğru deyil. İnsanların bir-birimizə gizli nifrət etdiyimizi düşündüyünü hiss edirəm. İnsanlar həmişə "bacınla oynamaq necədir? Əvvəlcədən danışırsınız?" deyə suallar verirlər. Bu, axmaqlıqdır, bacını görsən, bəli, onunla oyundan əvvəl danışacaqsan.

Mən karyeramın əvvəllərində hiss edirdim, insanlar məni çox həyasız hesab edirdilər. Bizi mehriban hesab etmirdilər - soyunub-geyinmə otağında başqa insanlarla danışmadığımız üçün mehriban olmadığımızı deməyə çalışırdılar", - Vinus deyib.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr