AZ

Premyer Liqa zərərlə işləyir: Tebas İngiltərə çempionatını inflyasiyada ittiham edir

La Liqanın prezidenti Xavyer Tebas İngiltərə Premyer Liqasının son 7 mövsümdə lazım olandan iki dəfə çox xərclədiyini deyib.

İdman.biz bildirir ki, Tebas bunun inflyasiyaya səbəb olduğunu və bütün dünya futboluna təsir etdiyini bildirib.

O, təxminən 4 milyard avro dövriyyə ilə Premyer Liqanın xərclərinin 1,4 milyard avro olmalı olduğunu, lakin bu mövsüm 4 milyard avroya çatdığını bildirib.

"Bu 2,5 milyard avro haradan gəldi? Bu, itkidir. Əgər siz lazım olandan çox ödəyirsinizə, demək zərərdəsiniz. Bu, inflyasiyaya gətirib çıxarır və hamımıza təsir edir, çünki bazar qlobaldır", - Tebas qeyd edib.

O, vurğulayıb ki, İngiltərədən fərqli olaraq, La Liqa və Bundesliqa zərərlə işləmək niyyətində deyil. Tebas həmçinin qeyd edib ki, Premyer Liqa keçən il 1,2 milyard avro itirib və hökumətin ingilis futboluna müdaxiləsi yalnız vəziyyətin ciddiliyini vurğulayır.

"İspan futbolunun davamlılığını təmin etmək üçün mühüm addımlar atırıq. Klublarımız rəqabətədavamlıdır və iqtisadi cəhətdən sabitdir", - deyə Tebas yekunlaşdırıb.

İdman.biz

Seçilən
14
1
idman.biz

2Mənbələr