AZ

Belarusun nümayəndə heyəti III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin ölkəmizə gəlişi davam edir.

APA xəbər verir ki, oyunlarda iştirak edəcək ilk komandalardan biri – Belarusun 30 nəfərlik nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bundan əlavə, gün ərzində Tacikistanın 60 nəfərlik nümayəndə heyətinin də Bakıya gələcəyi gözlənilir.

Onlar stolüstü tennis üzrə mübarizədə iştirak edəcəklər.



Fərid Yusifov

Seçilən
30
apa.az

1Mənbələr