AZ

İnsanlarımız gözü ilə gördüyü əti almaq istəyir Eyyub Hüseynov

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Marketlərdə ət məhsulları açıq şəkildə rəfə düzülür, nə istehsal tarixi var, nə də son istifadə müddətini bildirən tarix

Bundan sonra ət, diri heyvan və digər ət məhsullarının (duru quş, quş əti) ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Baş nazirin imzası ilə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilib. 

Qərara əsasən ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

Yeni qərarın istehlakçıya faydasından danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, Azərbaycan insanı hələ də “gözümlə görməsəm, almaram” ənənəsini davam etdirir: 

- Nə üçün ölkəmizdə - paytaxtda və digər şəhərlərdə, ümumiyyətlə, hər yerdə küçələrdəki ət kəsimi baş verir? Ona görə ki, insanlarımız gözü ilə gördüyü əti almaq istəyir. Sovet vaxtı da belə idi. İnsanlar görürdü qəssab heyvan kəsir, növbəyə dayanıb təzə kəsilmiş ət alırdılar. Baytarlara elə o vaxtdan inam itib, indi də yoxdur. Bu ənənə nəsildən-nəslə keçib, indi də insanlar baytarlara inanmır, küçə kəsimində, tanıdıqları qəssablardan ət alırlar. Baytarların saxta möhür vurduğunu, saxta sənəd verdiyini, ətin köhnə ola biləcəyini zənn edirlər. Bu şübhə ilə də diri, təzə kəsilmiş heyvanların ətindən almağı üstün tuturlar. Amma insanlarımız bunu nəzərə almır ki, yoxlamadan keçirilməmiş ətlərdə müxtəlif, ciddi xəstəliklər ola bilər. Ətlərin möhürlənməsi çox vacib addımdır. Xüsusən hazırda regionlarda dabaq xəstəliyinin yayıldığı bir vaxtda, ətlərin məcburi möhürlənməsi vacib, zamanında verilmiş qərardır. İstehlakçılara məsləhət görürəm ki, möhürlənmiş ət məhsulları alsınlar. Möhürlənməmiş ətlər təhlükəli ola bilər. E.Hüseynov qeyd etdi ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən marketlərdə, ticarət şəbəkələrində satışa çıxarılan ət məhsulları mütləq paketlənmiş halda, üzərində istehsal və son istehlak tarixi, hansı müəssisədən gətirildiyi qeyd olunmalıdır. Təəssüf ki, NK-nın bu qərarı icra olunmur. Marketlərdə ət məhsulları açıq şəkildə rəfə düzülür, nə istehsal tarixi var, nə də son istifadə müddətini bildirən tarix. Bu da bir səbəbdir ki, insanlar qəssabların diri halda kəsdiyi heyvanların ətindən alır. Bu isə zoonoz, parazitar xəstəliklərin yayılması baxımından təhlükəlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
sherg.az

2Mənbələr