AZ

Tramp ABŞ silahlarından istifadə edərək Rusiyaya zərbələr endirməyə icazə vermir

BAKI, 25 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hələ də Ukraynaya Amerika silahlarından istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə vermir.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin müsahiblərinin fikrincə, Ağ Evin rəhbəri yalnız ritorikanı dəyişib, lakin Ukrayna münaqişəsinə dair Vaşinqtonun kursunu dəyişməyib. Tramp Kiyevə ABŞ silahlarının satılmasına icazə versə də, onun Rusiya ərazisinin dərinliklərinə zərbələr üçün istifadəsini məhdudlaşdırır.

Məqalədə qeyd olunur ki, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş öncəsi ABŞ rəhbəri, Vaşinqtonun Ukrayna münaqişəsindəki mövqeyinin sərtləşdirilməsini çoxdan tələb edən administrasiyasının yüksək vəzifəli şəxsləri ilə xeyli vaxt keçirib.

Seçilən
28
teleqraf.com

1Mənbələr