AZ

İtaliyadan dəstək: Hücumlara qarşı bölgəyə hərbi gəmi göndərilir

İtaliyanın müdafiə naziri Quido Krosetto Yunanıstanın axtarış-xilasetmə bölgəsində Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına pilotsuz uçuş aparatları ilə edilən hücumu sərt şəkildə qınayıb.

News24.az xəbər verir ki, nazirin sözlərinə görə, hücuma məruz qalan gəmilərdə İtaliya vətəndaşları da olub. Onların təhlükəsizliyini təmin etmək üçün İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmi bölgəyə göndərilib.

Krosetto beynəlxalq hüquqa istinad edərək zorakı hərəkətlərin yolverilməz olduğunu vurğulayıb:

“Naməlum şəxslərin Sumud Flotillası gəmilərinə PUA-larla hücumu ən sərt şəkildə qınanmalıdır". 

Aqil Qarayev

Seçilən
144
1
news24.az

2Mənbələr