AZ

"Beşiktaş" səfərdə "Kayserispor"u məğlub edib - Türkiyə Superliqası

Bakı.

Türkiyə Superliqasında ilk turdan təxirə salınmış görüş baştutub.

Trend-inməlumatına görə, "Kayserispor" öz meydanında "Beşiktaş"laqarşılaşıb.

Sərgən Yalçının komandasının futbolçuları oyuna üstünbaşlayıblar. Artıq 15-ci dəqiqədə Rafael Silva hesabı açaraqqonaqları önə keçirib – 0:1. Rafa Silva 32-ci dəqiqədə dubl edərəkkomandasının ikinci qolunu vurub.

Birinci hissəyə əlavə olunan ilk dəqiqədə Temmi Abraham fərqi üçtopa çatdırıb. 58-ci dəqiqədə isə Silva het-trik edərək hesabı0:4-ə yüksəldib.

Seçilən
7
az.trend.az

1Mənbələr