AZ

“Bavariya"da işdən çıxarılmam karyeramın ən sərt anı idi”

Məşhur italiyalı məşqçi Karlo Ançelotti karyerasındakı ən sərt işdən çıxarılmasından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "Bild" çalışdırıcının dediklərini belə çatdırıb.

“Sentabrın sonunda mən sabiq klubuma qonaq getdik. ‘PSJ’ ilə oyunda yaşlanan qanad oyunçularımızı kənarda saxladım və müdafiəçilərə hücumlarda iştirak etməyə imkan verdim. Amma biz hücumları mərkəzdən qurmağa fokuslandıq. Bu, səhv idi. Tarazlıq pozuldu və kontrahücumlarla məğlub olduq. Artıq ikinci dəqiqədə qol buraxdıq. Nəticə – 0:3. Ertəsi gün ‘Bavariya’ rəhbərliyi toplandı və problemi mənimlə əlaqələndirdi. Rummenigge dedi: ‘Komandanın mövsümün əvvəlindən göstərdiyi oyun gözləntilərimizi doğrultmadı. Parisdəki oyun göstərdi ki, hərəkət etməliyik’”

O əlavə edib ki, böyük klublardan dörd dəfə işdən çıxarılıb – “Yuventus”, “Çelsi”, “Real” və “Bavariya”. “Bu göstərir ki, işdən çıxarılmaq üçün yalnız qəfil prezident və ya sahibkar lazım deyil. Səhmdarlar da bunu edə bilər. ‘Bavariya’dakı işdən çıxarılma karyeramın ən qəddar anı idi. Mən gedəndən sonra onlar yarımfinala çıxıb məğlub oldular – təxmin edin kimdən! – ‘Real’dan”, – Ançelotti deyib.

Qeyd edək ki,  bu hadisə 2017-ci ilin sentyabrında “PSJ”yə qarşı 0:3 hesablı məğlubiyyətdən sonra “Bavariya”da baş verib. Həmin oyunda Ançelotti Frank Riberi və Aryen Robbeni ehtiyatda saxlayıb.

Hazırda Karlo Ançelotti Braziliya millisini çalışdırır.

Seçilən
40
90deqiqe.az

1Mənbələr